“Gördüm evin qapısı açıqdır, girdim”


Kriminal 16 Yan 2019 17:44:00 570 0

“Gördüm evin qapısı açıqdır, girdim”

Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev Rayon Polis Şöbəsinə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığını bildirib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb.

O, dindirilmə zamanı əməlini etiraf edərək, heç kimin olmadığı vaxt evə daxil olduğunu, əldə etdiyi pulları isə xərclədiyini deyib.

Cəmil Daşdıyev - saxlanılan şəxs: "Üç, dörd radələrində gördüm qonşumuzun evinin qapısı açıqdır. Girdim evə, sandıq tapdım, oradan 1600 manat pul götürüb çıxdım. Son 3 gün ərzində pulları xəclədim. Etdiyim əmələ peşmanam".


Xəbərə aid fotolar