15 manat borca görə adam öldürənin məhkəməsi başladı


Kriminal 16 Yan 2019 17:34:00 563 0

15 manat borca görə adam öldürənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ona 15 manat borcu olan şəxsi döyərək ölümünə səbəb olmaqda təqsirləndirilən 28 yaşlı Pənah Səmədovun məhkəməsi başlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

Dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək ittiham aktını elan edib. İttihama görə, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb. 

P. Səmədov Röyal Rəhimovun 15 manat borcu ödəmədiyinə görə onunla görüşüb. Onlar mübahisə ediblər və Pənah Səmədov Röyal Rəhimova bir neçə yumruq zərbələsi vurub, sonra isə beysbol ağacı ilə döyüb. 

R. Rəhimov hadisənin səhəri günü xəstəxanaya yerləşdirilib və 6 gün komada qaldıqdan sonra vəfat edib.