Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 16 Yan 2019 17:32:00 558 0

Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Bakı. AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat mərasimi keçirilib. AMEA Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açır. Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə edib. O, bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilib.