PSV-nin hücumçusu ən yaxşı seçildi


İdman 16 Yan 2019 17:30:00 598 0

PSV-nin hücumçusu ən yaxşı seçildi

Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrinin (KONKAKAF) ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Meksika millisinin və Hollandiya PSV-sinin oyunçusu İrvinq Lozano zonanın ən yaxşısı seçilib.

Ən yaxşı qadın futbolçusu isə ABŞ yığmasının üzvü Aleks Morqan olub. Rəmzi yığmada qapıçı Keylor Navas (Kosta-Rika, Real), müdafiəçilər Uqo Ayala (Meksika, Tigres), Edson Alvares (Meksika, Amerika), Kuko Martina (Kurasao, Stoke City), Fransisko Kalvo (Kosta-Rika, Minnesota), yarımmüdafiəçilər Ektor Errera (Meksika, Porto), Andres Quardado (Meksika, Betis), Maykl Bredli (ABŞ, Toronto), hücumçular Sebastyan Covinko (İtaliya, Toronto, Bredli Rayt Filips (İngiltərə, New York Red Bulls) və İrvinq Lozano (Meksika, PSV) yer alıb.