Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə


Digərləri 16 Yan 2019 17:29:00 649 1

Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

Bakı. Elçin Mehdiyev - Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən bütövlükdə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hər biri gücləndirilmiş iş saatı ilə xidmət edəcək və bütün qüvvələr səfərbər olunacaq. V.Əsədov bildirib ki, xüsusilə yol hərəkətində təhlükəsizliyi təmin etmək, hərəkət iştirakçılarını bu vəziyyətdən çıxarmaq üçün ərazi tam nəzarət götürülməklə enişli-yoxuşlu yollar, sərt döngələr, tunellər, körpülər yol polis əməkdaşlarının nəzarətində olmaqla keçmə növbəliyi təmin ediləcək, eyni zamanda polis nəfərləri nizamlayıcı qismində xidmət göstərəcəklər: