Azərbaycan ordusunda hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib


Digərləri 16 Yan 2019 17:05:00 657 0

Azərbaycan ordusunda hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, Müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, göstərişə əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin  sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Zabit Əsgərov Son.az