Fiorentina yeni futbolçu ilə gücləndi


İdman 16 Yan 2019 17:08:00 548 0

Fiorentina yeni futbolçu ilə gücləndi

İtaliyanın Fiorentina klubu heyətinə yeni futbolçu qatıb.

Goal.az xəbər verir ki, Florensiya təmsilçisi Empoli-nin yarımmüdafiəçisi Hamed Traoreni transfer edib.

Yeni oyunçu ilə müqavilə 2023-cü il iyunun 30-na qədər nəzərdə tutulub. 18 yaşlı italiyalının keçidi 12 milyon avroya başa gəlib.

Fiorentina gənc oyunçunu alan kimi sabiq komandasına icarəyə verib. Belə ki, Traore cari mövsümün sonunadək icarə əsasında “Empoli”də oynayacaq.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm A seriyasının 16 oyununda 1 qol ötürməsi ilə fərqlənib.