Azərbaycanda ilk dəfə “Celentano Tribute Show”


Digərləri 16 Yan 2019 16:53:00 700 0

Azərbaycanda ilk dəfə  “Celentano Tribute Show”

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək bənzərsiz İtaliya layihəsi olan "Celentano Tribute Show" nümayiş etdiriləcək.

Son.az xəbər verir ki, bütün dünyada trend olan "Celentano Tribute Show" fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.

Əfsanəvi Adriano Çelentanonun ən sevimli xitləri və performansları Mauritsio Şveyzerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Mauritsi Şveyzer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz"idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

"Celentano Tribute Show" öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Mauritsio Şveyzerin səhnə obrazına yetirilir.


Xəbərə aid fotolar