Bakı Şəhər İcra Hakimiyyəti də XƏBƏRDARLIQ etdi - Ağaclar təhlükəli ola bilər


Digərləri 16 Yan 2019 16:56:00 516 0

Bakı Şəhər İcra Hakimiyyəti də XƏBƏRDARLIQ etdi - Ağaclar təhlükəli ola bilər

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləklə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qərargah yanvarın 17-də və 18-də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. O.Məmmədov qeyd edib ki, yanvarın 17 və 18-də güclü külək müşahidə olunacağından vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir: