Nazilə: "Məni ördəyə görə “Maşın” şouya çağırdılar" VİDEO


Şou-biznes 16 Yan 2019 16:42:00 525 0

Nazilə: "Məni ördəyə görə “Maşın” şouya çağırdılar"  VİDEO

Şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib

.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Maşın" şouya qatılması ilə bağlı danışıb. O bildirib ki, hər şey sosial media hesabında paylaşdığı video ilə başlayıb:

"Mənə dedilər ki, 300 nəfərin arasından seçilmisən. Buna ilkin səbəb isə şam yeməyi üçün hazırladığım ördəklə bağlıdır. Onu hazırlayarkən qayınanam məni çəkirdi, mən də "Məni qatil eləmə, ördək" deyə xitab edirdim. Daha sonra həmin videonu İnstaqram-da paylaşdım. Geniş rezonans doğurdu. "Maşın" şouya iştirakçı seçərkən isə məhz həmin video "M Group"un diqqətini çəkib. Yəqin fikirləşiblər ki, ördəyə bunu edən, iştirakçılara nələr edər".