“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür


Dünya 16 Yan 2019 16:34:00 440 0

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür

"Facebook" bu il mühüm seçkilər keçiriləcək Hindistan, Nigeriya, Ukrayna və Avropa İttifaqına üzv olan ölkələri üçün platformasındakı siyasi reklam qaydalarını sərtləşdirib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə yerləşdirilən məlumata əsasən, belə tədbirin məqsədi seçkilərə müdaxilənin qarşısını almaqdır. 

"Facebook"un qlobal siyasət və əhatə direktoru Kati Harbat bildirib ki, fevralın 16-da prezident seçkilərinin keçiriləcəyi Nigeriyada yanvarın 16-dan etibarən seçki ilə bağlı reklamları yalnız ölkədə yerləşən sifarişçilər verə biləcək. Fevral ayında eyni qayda martın 31-də prezident seçkilərinin keçiriləcəyi Ukrayna üçün də tətbiq olunacaq.