İrandan Azərbaycana gələn vətəndaşın daxili orqanında narkotik və psixotrop maddələr aşkarlanıb


Digərləri 16 Yan 2019 16:38:30 685 0

İrandan Azərbaycana gələn vətəndaşın daxili orqanında narkotik və psixotrop maddələr aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib. Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1.7 qram olan kristal şəkilli psixotrop maddə - metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin, üzərində "M40" yazılı 50 ədəd metadon və 38 ədəd "Clonazepam" həbləri aşkar edilib.