AMEAnın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi


Digərləri 16 Yan 2019 16:15:00 599 0

AMEAnın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi

AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi - mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın "Elm" nəşriyyatına direktor təyin edilib.

Akademiyadan Son.az-a verilən məlumata görə, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.