Özil İspaniya yolunda


İdman 16 Yan 2019 16:11:00 550 0

Özil İspaniya yolunda

Arsenal-ın yarımmüdafiəçisi Mesut Özil karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az Gol Digital nəşrinə istinadən xəbər verir ki, Atletico Madrid türkəsilli futbolçunu heyətinə qatmaq istəyir. Madridlilər Özilin transferinə 18 milyon funt (22,2 milyon avro) xərcləməyə hazır olduğunu bildirib. İngiltərə klubu təklifə razılıq verib. Keçidə yarımmüdafiəçinin yüksək məvacibi mane ola bilər. 30 yaşlı Mesut Arsenal-da həftəsinə 350 min funt alır.

Bir müddət əvvəl futbolçunun İtaliyada çıxış edəcəyi deyilirdi. London klubu onu Juventus-la İnter-ə təklif etmişdi. Arsenal-ın baş məşqçisi Unai Emeri Özilin qışda stılacağını deyib. Transferdən əldə olunan vəsaitlə yeni futbolçu əldə olunacaq.