Qattuzo: “Hiquainin ayrılığına təəssüflənməyəcəyəm”


İdman 16 Yan 2019 15:47:00 600 0

Qattuzo: “Hiquainin ayrılığına təəssüflənməyəcəyəm”

Milan-ın baş məşqçisi Cennaro Qattuzo hücumçu Qonsalo Hiquainin klubdan ayrılmaq qərarına münasibət bildirib.

Goal.az xəbər verir ki, çalışdırıcı bu ayrılığa təssüflənməyəcəyini deyib. “Qərar verərkən futbolçunun həftə ərzində necə çalışdığını əsas götürürəm. Məşqçi və komanda yoldaşlarına münasibətini nəzərə alıram. Hiquainlə bağlı çox şayiələr yayılır. Təkcə onu deyə bilərəm ki, məşqlərdə fəaldır. Komanda yoldaşları ilə münasibəti yaxşıdır. Zarafatından qalmır. Bəlkə də aktyorluq edir. Özü qərar verməlidir. Gedişi ilə bağlı mənə bir söz deməyib. Gözləyirəm. Ayrılığına təəssüflənməyəcəyəm. Uzun illər futbol oynamışam. Bilirəm ki, bəzən baş verənlərə hərənin öz baxışı olur. Başqa cür fikirləşdiyinə görə kimisə qınamaq olmaz. Stəkanın boş ya dolu olmasının fərqi yoxdur. Stəkan elə stəkandır. Baxaq görək nə olacaq”,- Qattuzo bildirib.