Məşhur bacıların anasından gözlənilməz qərar FOTO


Digərləri 16 Yan 2019 15:39:00 659 0

Məşhur bacıların anasından gözlənilməz qərar  FOTO

Dünyaca məşhur supermodellər - Cici və Bella Hədid bacılarının anası, hollandiyalı sabiq model Yolanda Hədidin 55 yaşı tamam olub.

Bununla bağlı olaraq Yolanda Hədid vücudundakı bütün yad elementlərdən qurtulmaq qərarını verib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, sinəsindəki silikon implantatları və filleri çıxartdırıb. "Bundan sonra botoksdan da istifadə etməyəcəyəm", - Y.Hədid deyib.

O, İnstagram-dakı profilində bodili fotosunu paylaşaraq yazıb: "55 yaşım tamam oldu və içimdə bir gülümsəmə var. Nəhayət ki, 1964-cü ildəki vəziyyətimə qayıtdım. İmplantatlar, botoks, hansısa zibildən azad vücuddan yaşamaq gözəldir. Əvvəllər düşünürdüm ki, bu elementlər mənə cəmiyyətin diqtə etdiyi gözəllik standartlarına uyğun olmaq üçün vacibdir. Bədənimdəki bu elementlərin yaratdığı zəhər məni az qala öldürənədək inanırdım ki, əsl qadın məhz belə görünməlidir. Bilin - səhhətiniz başlıca varidatınızdır. Ona görə də lütfən, bədəninizə nə isə əlavə etməzdən əvvəl düşünün, məlumat toplayın".

Yolanda Hədid daha sonra yazıb ki, əvvəllər verdiyi yanlış qərarları dəyişmək üçün çoxlu illərə ehtiyac duydu. Nəhayət ki, daxili gözəlliyini qəbul edib, özünü sevir.


Xəbərə aid fotolar