Röya: "Yumurta qədər hörmətimiz yoxdur" FOTO


Şou-biznes 16 Yan 2019 15:21:00 512 0

Röya: "Yumurta qədər hörmətimiz yoxdur"  FOTO

Röya Ayxan son günlər sosial medianın dilinə dolanan və dünyada ən çox “like” toplayan yumurta fotosu ilə bağlı paylaşım edib

Əməkdar artist Röya Ayxan son günlər sosial medianın dilinə dolanan və dünyada ən çox "like" toplayan yumurta fotosu ilə bağlı paylaşım edib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni mövzunu lağa qoyaraq yumurta üzərinə həkk olunmuş simasının fotosunu paylaşıb.

"Madam ki, 1 yumurta 37 milyon "like" yığırsa, madam ki, bir yumurta qədər dünyada olan fotosessiyalar sevgi qazan bilməyibsə, madam ki, bir yumurta qədər hörmətiniz yoxdursa, belə bir stillə önünüzə çıxmaq qərarına gəldim. Bir milyon "like" olmasa instaqram hesabımı oğluma verəcəyəm. Uşaq, onsuz da, "mavi xətt" deyə-deyə başımın ətini yeyib, heç olmasa evdə hörmətli olarıq", - Röya yazıb.


Xəbərə aid foto