Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb (FOTO)


Digərləri 16 Yan 2019 15:03:43 601 0

Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-dən Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapa­dılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dər­hal məlumatlandırılıb, İİR sərhəd mü­ha­fizə orqanları tərəfindən hə­min istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.