Hesab.az-ın "Bakcell" ilə birgə kampaniyası


Digərləri 16 Yan 2019 14:53:00 658 0

Hesab.az-ın "Bakcell" ilə birgə kampaniyası

Online ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan "Goldenpay" şirkəti gün keçmir ki, istifadəçilərinə daha bir yeniliyini təqdim edir.

Bakı. Online ödəniş sahəsində müasir dövr ilə həmişə uyğunlaşan "Goldenpay" şirkəti gün keçmir ki, istifadəçilərinə daha bir yeniliyini təqdim edir. Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay şirkətinin onlayn xidmətlər platforması olan Hesab.az saytı ilə Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin birgə təqdim etdikləri yeniliyə əsasən artıq siz balansınıza rahat şəkildə nəzarət edə biləcəksiniz. Belə ki, Hesab.az vasitəsiylə balansınız siz təyin etdiyiniz tarix aralığında qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq. Beləliklə də siz internetinizin, ödəniş etmək üçün əlverişli şəraitinizin olmadığı zamanlarda, təcili əlaqə saxlamağa ehtiyac duyduğunuz anlarda Hesab.az sayəsində əlavə qayğılardan uzaq olacaqsınız.