Şok kadrlar: atı öldürüb qaçdı,


Digərləri 16 Yan 2019 14:45:00 697 0

Şok kadrlar: atı öldürüb qaçdı,

Korrida meydanında toreadorun atını buynuzlayıb yıxan və öldürən buğa qaçaraq arenadan çıxa bilib. Buğanı arenanın yaxınlığındakı avtomobil dayanacağında güllələyiblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Kolumbiyanın Kazanar bölgəsindəki Aquazil şəhərində yaşanıb.

Toreadorun atını buynuzlayıb "Dimas Avella" arenasından qaçan buğanı polislər dayanacaqda zərərsizləşdiriblər.

Polis məmuru Harvi Ramiresin dediyinə görə, buğa arenadan qaçandan sonra 4 nəfəri buynuzlayaraq yaralayıb.


Xəbərə aid fotolar