“Başınızı aşağı salın, mahnınızı oxuyun”


Şou-biznes 16 Yan 2019 14:40:00 553 0

“Başınızı aşağı salın, mahnınızı oxuyun”

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı prodüser Anar Mədətov olub. 

Son.az bildirir ki, prodüser gündəmdə qalmağa can atan və tanınmaq istəyən müğənnilərə səslənib: "Kimsə səhnəyə gəlib oxuyub, loru dildə desək, ət məhsulu kimi özünü populyar etmək istəyirsə, ən yaxşısı səhnəyə çıxmasın. Ömürüm boyu belə şeylərdən uzaq olmuşam. Heç kimin xətrinə dəyməsin. Var insan ki, həqiqətən, səhnəyə gəlir. Elə insan da var ki, o qədər zibilləri olur, səhnədə olur və təhqir edir. O da sənətçi deyil. Allah sənə səsi ona görə verib ki, sən bu xalqı feyziyab etdirəsən. Şou-biznesdi, qalmaqaldı, onu nə istəyirlər etsinlər. Amma bu, o demək deyil ki, sən Azərbaycan Respublikasının alimini, həkimini təhqir edəsən. Heç bir icazə yoxdur və burada da qanunvericilik var. Əziz gənc və gələcəkdə ulduz olmaq istəyən müğənnilər, sizə bir söz demək istəyirəm. Azərbaycanda populyar olmaq istəyirsinizsə, başınızı aşağı salın, mahnınızı oxuyun, bu 9 milyon əhalinin verdiyi xeyiri, sizə heç bir dövlət verməyəcək".


Xəbərə aid foto