Marseille-də Balotellini istəmirlər


İdman 16 Yan 2019 14:31:00 693 0

Marseille-də Balotellini istəmirlər

Nice-nin hücumçusu Mario Balotellinin Marseille-ə transferi alınmır.

Goal.az xəbər verir ki, tərəflər razılığa gələ bilmir. 28 yaşlı italiyalı Marseille-dən yüksək məvacib tələb edir. Onun bu tələbi fransızların ürəyincə deyil. Mənbədən verilən məlumata görə, klub rəhbərliyinin bəzi üzvləri, ümumiyyətlə, Balotellinin keçidinə qarşıdır.

İtaliyalı hücumçu indiki komandasında 2016-cı ildən çıxış edir. Cari mövsüm 10 oyunda meydana çıxsa da fərqlənə bilməyib. Ötən yay Nice-dan ayrılmaq istəyi baş tutmayıb. Razılıq əldə olunsa, Marcel Balotellinin karyerasında 6-cı klub olacaq. Bundan əvvəl İnter, Manchester City, Milan və Liverpool-da oynayıb.