“Adam ona güvənir”


Digərləri 16 Yan 2019 14:21:00 931 0

“Adam ona güvənir”

Kimisi həvəs üçün, kimisi suvenir, kimi soyuq silah gəzdirir. Müasir gəncliyimizin bir bəlasına çevrilən bıçaq gəzdirmək, sonradan onlar üçün böyük fəsadlara yol aça bilər.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb. Keçmiş məhkum: "Bıçaq elə bir şeydi ki, adam ona güvənir. Amma yaxşı bir şey deyil. Cəzamı da çəkmişəm". Odlu silahlar kimi, kəsici-deşici alətlər də həmişə marağa sahib olur. Xüsusən də bu silahların xüsusi dizayn və quruluşu varsa. Son vaxtlar yeniyetmə və gənclərin bu alətlərə marağının artması cəmiyyətdə birmənalı qarşılanmır. İllər öncə pərakəndə satılan və xaricdən gətirilən belə silahlar satışdan çıxarılsa da, hələ də ondan istifadə edən, üzərində gəzdirən şəxslər çoxdur. Əfsuslar olsun ki, istifadə edənlərin əksəriyyəti gənc nəsildir. Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Bu silahların gəzdirilməsi, saxlanılması, ondan istifadə ilə bağlı hər hansı bir hüquqi akt yoxdur. Ona görə də, rahat gəzdirirlər". Mütəxəssislər deyir ki, yeniyetmə və gənclərin silahlara, bıçaq və digər əşyalara marağı onları bir növ özünü təsdiq etməyə xidmət edir. Bunun qarşısını almaq üçün isə həmin şəxslərə diqqət artırılmalıdır. Rafiq Allahverdiyev - Psixoloq: "Yeniyetmə yaşına çatır, özünü təsdiq etmək istəyir, nə etməlidir? Əlbəttə, kəsici-deşici alətlərə maraq göstərir. Bir növ onu üstündə gəzdirməklə ona arxayın olur. Belə gəncləri ondan uzaq tutmaq lazımdır". Hər il orta hesabla ölkə üzrə qeydə alınan 25 minə yaxın cinayətlərin 12-13 mini şəxsiyyət əleyhinə törədilən hadisələrin payına düşür. Bunların da böyük bir qismində soyuq silahdan istifadə edilir. Ekspertlər baş verə biləcək cinayətlərin sayının azaldılması üçün qanunvericiliyə dəyişiklərlə yanaşı, marifləndirmə işlərini də genişləndirməyi təklif edir.


Xəbərə aid fotolar