Sabah qar yağacaq, şaxta olacaq, güclü külək əsəcək


Digərləri 16 Yan 2019 14:26:00 653 0

Sabah qar yağacaq, şaxta olacaq, güclü külək əsəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq da edilib. Belə ki, yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə üqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.