Nazirdən ciddi kadr dəyişikliyi


Digərləri 16 Yan 2019 14:12:00 706 0

Nazirdən ciddi kadr dəyişikliyi

Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar. 

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib. 

Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.