Şirkətini və evini satdı,


Digərləri 16 Yan 2019 13:55:00 629 0

Şirkətini və evini satdı,

Kanadanın Vankuver şəhərinin sakinləri Ceff və Rous Berkinşoular illər əvvəl şəhərdəki evlərini satdılar, meşəyə köçdülər. Onlar beş qızları ilə birlikdə meşədəki evdə yaşayırlar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Berkinşoular ailəsinin həyatından Chanel 5 telekanalındakı "New Lives In The Wild" proqramında bəhs olunub.

Meşədə ev tikmiş ailənin övladları ov edir, odun doğrayır, bostanda çalışır, ev işlərini görürlər. Evin elektroenerji təminatı isə Günəş hesabınadır.

Ailənin 10 yaşlı sonbeşiyi belə, ustalıqla ov edə bilir.

Vankuverdən 650 km aralıdakı meşəlikdə, 40 hektar ərazini satın almış ailə şəhəri tərk edəndə sonbeşiyin 2 yaşı vardı.

13 yaşlı üçəmlər - Sara, Ebiqeyl və Culiya, 11 yaşlı Kristin və 10 yaşlı Keziya meşədəki həyatı çox sevirlər.

Ceffin dediyinə görə, ailəsi ovla əldə olunan heyvanların və quşların hesabına ətə olan ehtiyaclarını təmin edirlər.