Direktor olmaq istəyənlər! Müsabiqə ayın sonunadək davam edəcək


Digərləri 16 Yan 2019 13:22:45 612 0

Direktor olmaq istəyənlər! Müsabiqə ayın sonunadək davam edəcək

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Bakı. İlhamə İsabalayeva - Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.