Dünya daşnakları Qarabağa toplaşacaq


Siyasət 16 Yan 2019 13:05:00 604 0

Dünya daşnakları Qarabağa toplaşacaq

Ermənistanın radikal millətçi "Daşnaksütyun" partiyası işğal altındakı Dağlıq Qarabağda geniş toplantı keçirəcək.

Son.az modern.az-a istinadən xəbər verir ki, partiyanın 3-dan artıq ölkəsindən 100-ə qədər daşnak Qarabağda yeni büro üzvlərini seçəcək.

Yanvarın 16-dan 24-nə qədər davam edəcək toplantıda millətçi partiyanın gələcək perspektivləri də müzakirə olunacaq.

Hazırda Daşnaksütyun partiyasının bürosuna 4-ü Ermənistandan, 2-si Livandan, 2-si ABŞ-dan və hərəyə 1 nəfər İran, Fransa və Kanadadan üzv var.