65 vakant vəzifə üçün ümumi müsahibə keçiriləcək - VAXT


Digərləri 16 Yan 2019 12:52:00 384 0

65 vakant vəzifə üçün ümumi müsahibə keçiriləcək - VAXT

174 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib

Bakı. 27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 8 dövlət orqanında mövcud olan 65 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, 174 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin Əmək bazarının təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Nazirliyin Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Dövlət Turizm Agentliyinin Hüquq və insan resursları şöbəsi, şöbə müdirinin müavini (1 vakant yer üzrə 8 namizəd) vəzifələri olub.