Tanış olun: 50 yaşında həyatını dəyişdi, milyonçu oldu VİDEO FOTO


Digərləri 16 Yan 2019 12:46:00 467 0

Tanış olun: 50 yaşında həyatını dəyişdi, milyonçu oldu  VİDEO  FOTO

Todd Vande Şey xalça və xalı istehsal edən şirkətdə icraçı direktor işləyirdi. 30 yaşı olanda o, həyatının ən ağır problemlərindən biri ilə qarşılaşdı. Şirkətin direktorlar şurası onu vəzifəsindən kənarlaşdırdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, işsiz qalan Todd bank hesablarında qalan pulları topladı, yaşadığı malikanəni satdı, balaca ev aldı. Kiçik evdə yaşamağa başlayan Heylər ailəsinin həyatında yeni dönəm başladı.

Todd daşınmaz əmlak şirkəti qurdu və olan-qalan pullarını da həmin şirkətə yatırdı. Fəqət, Cənubi Kaliforniyanın daşınmaz əmlak bazarında yaşanan böhran nəticəsində şirkəti müflis oldu.

Depressiyaya qapılan Todd Vande Heyin orqanizmində ciddi fəsadlar yarandı. Onda boyun, çiyin, bel ağrıları başlandı, yüksək qan təzyiqi və aritmiya müşahidə olundu.

Həftənin 5 günü güclü başağrıları və miqrendən əziyyət çəkən Toddun səhhətində çox ciddi problemlər vardı. İş o yerə çatmışdı ki, günlərin birində qolf meydanında o, huşunu itirərək yerə yıxılmışdı.

48 yaşlı Todd müalicə olunurdu. Lakin o, müalicə ilə kifayətlənmədi. Daha doğrusu, "ahıl insan" sindromu yaşamaq istəmədi və məşqlərə başladı. Fitnes zalında həftənin 5 günü məşq edən Todd yeni şirkət yaratmaq qərarına gəlmişdi.


Xəbərə aid fotolar