Müdafiəçi seçim qarşısında
İdman 16 Yan 2019 12:13:00 486 0
Maruan Fellaini Manchester United-dən ayrıla bilər.
Goal.az xəbər verir ki, müdafiəçi Milan və Porto-nun hədəfindədir. Həmçinin Çin və Türkiyə klublarının futbolçu ilə maraqlandığı deyilir. 31 yaşlı Fellayni Joze Mourinyonun vaxtında “qırmızı şeytanlar”ın aparıcı oyunçusu idi. Yeni baş məşqçi Ole-Qunnar Sulşerin gəlişindən sonra isə əsas heyətdə yer almır. Ötən ilin iyun ayında klubla müqaviləsini 2020-ci ilədək artırıb.
Belçikalının hansı kluba gedəcəyi bilinmir.
Mənbə: goal.az