Verner seçim edə bilmir


İdman 16 Yan 2019 11:54:00 628 0

Verner seçim edə bilmir

Leipzig hücumçusu Timo Verneri əldən vermək istəmir.

Goal.az xəbər verir ki, klub müqaviləni yeniləmək üçün müxtəlif vasitələrə əl atır. Belə ki,Vernerə illik 6 milyon avro məvacib təklif edilib. Bununla hücumçu komandanın ən çox qazanan üzvü olacaq.

22 yaşlı Verner isə gələcəyi ilə bağlı son qərarı verməyə tələsmir. Futbolçu Real-ın diqqət mərkəzinə düşüb. Madrid klubu alman hücumçunu zədəli Kərim Benzemanın əvəzinə gətirmək istəyir. Verner cari mövsüm Bundesliqada 17 oyun keçirib. Aktivinə 11 qol və 2 məhsuldar ötürmə yazdırıb.