Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir


Digərləri 16 Yan 2019 11:43:00 390 0

Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

QSC-dən Trend-ə bildiriblər ki, departamentlərdə, stansiya, təşkilat və müəssisələrdə, bütün sutkanı əhatə etməklə, məhsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Eyni zamanda "Fövqəladə Hallar Qatarı" MMC-nin bölmələrində, İnfrastruktur Departamentinin yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarında texnikalar hazırlıq vəziyyətinə gətirilir, stansiyalarda uzunmüddətli dayanmış hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsi üçün onlar etibarlı şəkildə bərkidilir.