"Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır"


Digərləri 16 Yan 2019 11:47:00 492 0

"Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır"

Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir: "Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".

ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insanın tütündən istifadə edir.