Kafenin qarşısında törədilən qətlə görə bir nəfər saxlanılıb


Digərləri 16 Yan 2019 11:19:00 442 0

Kafenin qarşısında törədilən qətlə görə bir nəfər saxlanılıb

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb.

Bakı. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.