Kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışına başlanılıb FOTO


Digərləri 16 Yan 2019 11:06:00 421 0

Kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışına başlanılıb  FOTO

Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb. Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.

Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 68800 manata, yəni dəyərin 40%-i güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.


Xəbərə aid fotolar