Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir - Dəmir yolunda


Digərləri 16 Yan 2019 10:42:00 414 0

Sərt hava ilə bağlı texnikalar hazırlıq vəziyyətinə gətirilir - Dəmir yolunda

Sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.

Bakı. Ceyhun Ələkbərov - Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Trend-in məlumatına görə, sərt hava şəraiti ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin göstərişinə əsasən, tədbirlər proqramı hazırlanıb.