"Qarabağ"ın ilk sınağı


Digərləri 16 Yan 2019 09:22:00 399 0

"Qarabağ"ın ilk sınağı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Son.az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.

Xatırladaq ki, Qurban Qurbanovun komandası "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək.