Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir


Digərləri 16 Yan 2019 08:53:00 430 0

Yeni vaksin Ebola virusunun bütün növlərindən müdafiə edir

Ebola qızdırmasının törədicisi olan virusun hazırda beş ştammı məlumdur. Bu ştammların müalicəsi üçün vaksinlərin bir neçə növü işlənib hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Texas Universitetinin tədqiqatçıları universal МВР134 virusunu yaradıblar. İki anticismin kokteyli olan bu vaksin ölümsaçan infeksiyanın bütün formalarının müalicəsində səmərəlidir.

Vaksin insanabənzər primatlar və safsarlar üzərində uğurla sınaqdan keçirilib. Onlara çəkilərinin hər bir kiloqramı üçün 25 milliqram hesabı ilə bir inyeksiya yeridilib. Ebolanın Bundibuqe, Sudan, habelə 2013-2016-cı illərdə Qərbi Afrikada tüğyan etmiş və hələ də Konqo Respublikasında davam edən epidemiyanı doğuran ölümcül Zair ştammları tədqiqatların obyekti olub.