Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı bu iqtisadi rayonunda baş verib


Digərləri 16 Yan 2019 08:09:00 331 0

Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı bu iqtisadi rayonunda baş verib

Son onilliklər ərzində Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, əhalinin çox böyük sıxlığı (hər kvadrat km-ə 200 nəfərdən çox) ilə seçilən ərazilər əsasən Bakı şəhər aqlomerasiyasında yerləşir. Bakı və Sumqayıtın bəzi ərazilərində hər kvadrat km-ə düşən əhalinin sıxlığı 3 000 nəfərdən çoxdur.

Bakı və Sumqayıt Abşeron yarımadasının ümumilikdə 17 faizini təşkil etsə də, burada ümumilikdə Abşeron iqtisadi rayonunun əhalisinin 78 faizi cəmlənib.