Bu ölkə uçan taksi xidmətinə keçir


Digərləri 16 Yan 2019 07:56:00 457 0

Bu ölkə uçan taksi xidmətinə keçir

İsverçə Federal Dəmiryolları (SBB) yaxın gələcəkdə sərnişinlərini uçan taksilərlə ünvanına çatdıracaq.

Son.az xəbər verir ki, bu barədə "Bloomberg" informasiya yayıb.

Xəbərə görə, İsveçrə bu inqilab üçün Almaniyanın "Lilium" şirkəti ilə əməkdaşlıq edəcək. Bundan sonra qatar stansiyalarındakı sərnişinlər 5 nəfər həcmində olan və elektriklə işləyən uçan taksilər vasitəsilə daşınacaq. Bu taksilər şaquli istiqamətdə havaya qalxacağı üçün uçuş-eniş zolağına ehtiyac olmayacaq.