Çexiyada Yan Palaxın özünü yandırmasının 50 illik yubileyi qeyd ediləcək


Dünya 16 Yan 2019 07:47:00 457 0

Çexiyada Yan Palaxın özünü yandırmasının 50 illik yubileyi qeyd ediləcək

Varşava Müqaviləsi ölkələri qoşunlarının1968-ci ildə Çexiyaya yeridilməsinə qarşı etiraz əlaməti olaraq Yan Palaxın özünü yandırmasının 50 illiyi ilə bağlı yanvarın 16-da keçiriləcək təntənəli mitinqin iştirakçıları Praqa müqavimət hərəkatının bu rəmzinin xatirəsini yad edəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Brno şəhərindəki Azadlıq meydanında təşkil olunacaq.

1969-cu ildə təkcə çex mətbuatında deyil, xarici KİV-lərdə də barəsində yazılan, Çexiya üçün əhəmiyyətli hadisə olan bu yarıməsrlik yubiley bu həftə ölkənin hər bir yerində qeyd ediləcək.