Yanvarın 17də pis hava şəraiti ilə əlaqədar uşaqların bağçalara aparılmaması tövsiyə edilir RƏSMİ


Digərləri 16 Yan 2019 07:22:00 351 0

Yanvarın 17də pis hava şəraiti ilə əlaqədar uşaqların bağçalara aparılmaması tövsiyə edilir  RƏSMİ

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİN) tabeliyində olan bağçalara xəbərdarlıq edib.

Son.az report-a istinadən bildirir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) rəhbərliklərinə ünvanladığı telefonoqramda deyilir.

Telefonorqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunur:

"Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir.