Bu son deyil, struktur islahatları davam etdiriləcək


Digərləri 16 Yan 2019 07:00:00 460 0

Bu son deyil, struktur islahatları davam etdiriləcək

Millət vəkili: "Bəzi dövlət qurumlarında həddən artıq şişirtmə var"

Struktur islahatları daha çevik və səmərəli idarəetməyə gətirib çıxaracaq.

Millət vəkili: "Bəzi dövlət qurumlarında həddən artıq şişirtmə var". "Dövlət başçısının idarəetmə sahəsində apardığı islahatlar və bununla bağlı verdiyi son qərarlar ölkədə idarəetmənin daha çevik və səmərəli olmasına, onun müasir dövrün tələblərinə uyğun qurulmasına, biznes mühitinin təkmilləşməsinə, infrastruktur və insan kapitalının inkişafına, iqtisadi cəhətdən dahada güclənməsinə, ümumilikdə Azərbaycanın dinamik inkişafına müsbət təsir edəcək".

Son.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Azər Badamov Prezident İlham Əliyev tərəfindən yanvarın 14-də struktur islahatları ilə bağlı qəbul edilən qərarlara münasibətində bildirib.

Deputatın sözlərinə görə, ölkə prezidentinin bəzi dövlət qurumlarının ləğvi və birləşdirilməsi ilə bağlı imzaladığı fərmanlar Azərbaycanda yeni struktur islahatlarının həyata keçirilməsinə başlandığını göstərir: "Məqsəd də ölkədə daha operativ, çevik idarətetmə sistemi təşkil etmək, daha az, məhdud resurslarla daha səmərəli nəticələrə nail olmaqdır. Yəni bir sıra dövlət qurumları var ki, onların fəaliyyət sahələri bir-birinə çox yaxındır. Onların bir təşkilatda birləşdirilməsi və vahid mərkəzdən idarə olunması həm keyfiyyyətli idarəçilik, həm də iqtisadi baxımdan daha səmərəli olacaq. Fikrimcə, bu son deyil, struktur islahatları hələ bundan sonra da davam etdiriləcək". Prezident İlham Əliyev: "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü" A.Badamov hesab edir ki, bu addımlar Azərbaycanda dövlət idaretmə strukturlarının daha təkmil fəaliyyətinə nail olmağa imkan verəcək: "Bəzi dövlət qurumlarında həddən artıq şişirtmə var. Ona görə də həmin qurumlarda struktur islahatlarının aparılması vacibdir. İslahatların məqsədi də şişirtmələrin aradan qaldırılması, köhnə strukturların yeniləri ilə əvəz olunması və onların səmərəli şəkildə bir mərkəzdən operativ, çevik idarə etməkdir. Əminəm ki, bu islahatlar Azərbaycanın daha güclənməsinə, dinamik və tarazlı inkişafına gətirib çıxaracaq".

Qeyd edək ki, Prezident İlham Əliyev sutruktur islahatları məsələsinə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da toxunmuşdu: "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

İlkin İzzət Son.az