Vyana şəhərində bütün növ silahların gəzdirilməsi qadağan edilə bilər


Dünya 16 Yan 2019 06:30:00 323 0

Vyana şəhərində bütün növ silahların gəzdirilməsi qadağan edilə bilər

Vyana şəhəri ərazisində bütün növ silahların gəzdirilməsi qadağan oluna bilər.

Bu təkliflə şəhərin meri Mixael Ludviq çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda şəhərin bəzi ərazilərində silah gəzdirilməsi qanunla qadağan olsa da, şəhər meri bunu yetərli hesab etməyib və qadağanın şəhərin bütün ərazisinə şamil olunmasını təklif edib. Təklifə görə, odlu silahlarla yanaşı, soyuq silahlar və eləcə də insanların həyatına təhlükə törədə bilən bütün əşyaların, hətta adi cib bıçaqlarının gəzdirilməsi də qadağan edilməlidir. Peşə fəaliyyəti ilə əlaqədar və ya xüsusi icazə sənədi olan şəxslər bu qaydalardan istisna təşkil etməlidirlər.

Vyana şəhərində silah kimi istifadə edilə bilən istənilən növ əşya və alətin gəzdirilməsinin qadağan olunduğu iki ərazi mövcuddur. Alkoqol və narkotik vasitə istifadəçilərinin daha çox toplaşdıqları həmin ərazilər polisin ciddi nəzarəti altındadır. M.Ludviq deyib ki, əgər belə bir qanun Vyanada tətbiq olunursa, o zaman həmin qanun şəhərin bütün ərazisini əhatə etməlidir.