İspaniya hökuməti 2019cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları qırmaq niyyətindədir


Dünya 16 Yan 2019 04:30:00 425 0

İspaniya hökuməti 2019cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları qırmaq niyyətindədir

Pedro Sançes hökuməti 2019-cu ildə xəzinədə vəsait toplanması üzrə bütün tarixi rekordları vergilər vasitəsilə qırmaq, 227 milyard 365 milyon avro məbləğə nail olmaq niyyətindədir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Nazirlər Kabineti tərəfindən bəyənilmiş Baş büdcə layihəsində belə deyilir.

2019-cu il ərzində toplanacaq vəsaitin ümumi məbləği 2018-ci ildəkindən 9,5 faiz çox olmalıdır. Maliyyə Nazirliyi ümid edir ki, gözlənilən nəticə vergi qoyulan bazaların və iqtisadi fəallığın artması sayəsində əldə olunacaq. Bu da ölkə iqtisadiyyatı üçün lokomotiv rolu oynayacaq. Eyni zamanda artım proqnozlarına azalma tərəfə düzəlişlər edilib: 2019-cu ildə son on ildə ən aşağı ÜDM artımı qeydə alınmalıdır.