Cavan Zeynallıdan həmkarlarına tənqid "Üzümə tərifləyirlər, arxamca gicgic danışırlar"


Şou-biznes 16 Yan 2019 01:30:00 747 0

Cavan Zeynallıdan həmkarlarına tənqid  "Üzümə tərifləyirlər, arxamca gicgic danışırlar"

Əməkdar artis, tanınmış cazmen Cavan Zeynallı bildirib ki, həmkarları onun paxıllığını çəkir.

Son.az bildirir ki, "ölkə.az"ın əməkdaşıyla söhbətində cazmen həmkarlarını tənqid edib:

"Yeni il şənliklərinin, çəkilişlərinin demək olar ki, hamısında iştirak etdim. Mənim paxıllarım deyirlər ki, o tədbirlərdə yoxdur. Artıq burada paxıllıq insanları öldürür. Sadəcə, mən güclü adama deyə dayanmışam. Mən pozitiv olduğum üçün paxıllığımı çəkirlər. Pianino çalıram, royalda ifa edirəm, amerikan cazı, Azərbaycan mahnıları oxuyuram. Ona görə də paxıllıq edirlər də. Bu, Azərbaycanın xəstəliyidir də. Cavanlar da paxıllığımı çəkib deyirlər ki, əşi, o, qoca kişidir. Mən axı hər eşyi görürəm. Çünki bu həyatda çox yaşamışam və yaşayacağam".