Günün qoroskopu: İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin


Digərləri 16 Yan 2019 00:01:00 353 0

Günün qoroskopu: İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün emosional fonu əlverişli deyil. Əhvalınız normallıqdan çox uzaqdır. Qıcıqlı, dözümsüz, hirsli olmayın. Belədə sizinlə çalışmaq çətindir.

Maliyyə problemləri yarana bilər. Diqqətli olun, imzaladığınız sənədlərə başdansovdu yanaşmayın. Unutqan olmayın. Borc almaq məqsədəuyğun deyil.

Yaxın ətrafınızdakı insanlarla münasibətlər birmənalı deyil. Kimin sizin tərəfinizdə, kimin də sizə qarşı olduğunu bəlirləmək çətinləşib. Yaxınlarla fikir ayrılıqları mümkündür. Dostlarla ixtilaflar ciddiləşir.

Buğa - uğurlar vəd edən gündür. Yaşam və iş şəraitində yeniliklər edin. Səfər və səyahətlərdə xeyir var. Yolda xoş tanışlıq baş tuta bilər. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Yeni müttəfiqləriniz ola bilər.

İşdə aktivləşmək və yeni mərhələyə çatmaq üçün münasib zamandır. Maliyə durumu yaxşıdır. Alış-veriş, istirahət etmək olar.

Yaxınlarınızı sevindirin. Sevdiyiniz insana xoş sürpriz edin.

Əkizlər - istənilən formatda və səviyyədə görüş, danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Münasibətləri uzun müddətə gərginləşdirə biləcək ixtilaflara yol alacaq mübahisələrdən çəkinməyərək mühüm məsələləri müzakirə etmək olar. Çətin problemin həllində aktiv olun. İrəliləyişə mane olan hər şeydən qurtularağa çalışın.

Yeni kommersiya layihəsinə başlamaq, müttəfiqlər aramaq üçün əlverişli zamandır. Yeni planlar qurun. Onların bir çoxunu həyata keçirə biləcəksiniz.

Xərçəng - çətin, amma maraqlı işlər günüdür. Aldığınız yeni məlumatı tez əxz edin, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizə can atır. Yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Pula ehtiyacınız olduğu bu vaxtda gəlir əldə edəcəksiniz.

Başqa vaxtlar çox darıxdırıcı və rutin təsir bağışlayan ev işlərinin öhdəsindən asanlıqla gəlin. Məişət problemlərinin həllində yaradıcı yanaşma nümayiş etdirin. Axşam saatlarında fəal və təşəbbüskar olun.

Şir - qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına olursa-olsun, çatmaq istəyirsiniz. Bu yolda ətrafınızdakı insanların qələzəblə qarşılaya biləcəyi metodlara əl atmayın. Təbii, başqalarının fikrinə və mövqeyinə önəm verib-verməməyi siz müəyyənləşdirirsiniz. Amma unutmayın ki, özünüzə nüfuzlu düşmən qazana bilərsiniz. Bu insanla qarşıdurma isə uzun və üzücü ola bilər.

Gələcəkdə problemlərdən yayınmaq üçün müəyyən kompromislərə getmək gərəkdir.

Maliyyə fonu əlverişsizdir. Gərəksiz itkilər və xərclər ola bilər. Sərmayə yatırmaq, anlaşmalara varmaq məsləhət deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.

Günün ikinci yarısında fəal olun.

Qız - birgə layihələrdə iştirak etmək üçün əlverişli zamandır. Çətin vəziyyətə düşmüş insana yardım edin. İctimai və siyasi proseslərdə fəal olun. Yeni işlərə başlamaq olar. Təcrübə və ya xüsusi bacarıqlarınız olmasa belə, uğura sürətlə nail olmaq mümkündür.

İstənilən formatda işgüzar danışıqlar pis keçməyəcək.

Yaşam potensialı səviyyəsi yüksək, enerji çoxdur. Günün ikinci yarısında ehtiyatlı olun. Meteohəssas insansınızsa, bu zamana ciddi heç nə planlaşdırmayın.

Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Ağır və mühüm işlərə başlamaq məsləhət deyil. İstənilən təhlükəli, riskli layihəni təxirə salın. Yalnız öz mövqeyinizə və fikrinizə güvənməyin. Daha çox yaşam təcrübəsinə malik insanların məsləhətlərini qulaqardına vurmayın. Diqqətsiz davranaraq səhvlərə yol verməyin.