Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?


Digərləri 15 Yan 2019 23:55:00 582 0

Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?

Quranda oxuduğumuz kimi, Allah Təala Həzrət Yusifə (ə) yuxu yozumu elmini inayət etmişdir. Ancaq bu, elə elm idi ki, onu təhsil almaqla öyrənmək mümkün deyildir. Bu, Allah tərəfindən inayət olunan bir nemətdir.

O zaman ki, Həzrət Yusif (ə) zindanda olur, Misirdə ən çox yayılan peşələrdən biri də yuxu yozumu idi. Bir çox insanlar özlərini bu peşənin mahiri hesab edirdi. Ancaq onların niyyəti pul qazanıb, insanlara fırıldaq gəlmək idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu elmi Həzrət Yusifə (ə) verərək, insanlara bildirmək istəmişdir ki, əgər qəlbin təmiz olsa və bu elmlə Allaha xidmət etmək istəsən, hansı elmin ardınca olursan-ol, Allah onu sənə inayət edəcəkdir. Ancaq əgər niyyətin pul və var-dövlətdirsə, bu yolda müvəffəq olmayacaqsan.

"O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər. Yusufla birgə zindana(şahın) iki qul(u) da daxil oldu.

Onlardan biri dedi: "Mən (yuxuda,) özümün üzüm sıxdığımı görürdüm". Və o birisi dedi: "Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük".

(Yusuf) dedi: "Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm.