Azərbaycan nefti ucuzlaşıb


Dünya 15 Yan 2019 23:57:00 381 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-ü 62,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,47 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.